“BP”nin mənfəəti rekord səviyyədə azaldı | Banco.az

“BP”nin mənfəəti rekord səviyyədə azaldı

Müəllif:Ayşən İmanova/Banco.az

Dünyanın ən böyük neft şirkətlərindən biri olan "British Petroleum"un (BP) mənfəəti üçüncü rübdə 30% azalaraq 2,3 milyard dollar təşkil edib.

Banco.az xəbər verir ki, bu, dörd ilin minimumu hesab edilir.

“BP”nin mənfəətinin belə kəskin azalmasının əsas səbəbləri arasında analitiklər neft emalının rentabelliyinin və neft ticarətinin nəticələrinin azalmasını göstərirlər.

Ən sərfəli kredit üçün müraciət et

"British Petroleum"un səhmlərinin qiyməti 2024-cü ilin əvvəlindən bəri artıq 15% ucuzlaşıb. Müqayisə üçün deyək ki, bu dövrdə rəqib "Shell"in qiymətli kağızları cəmi 2% azalıb, "Exxon Mobil"in səhmləri isə 19% artıb.

Oktyabrın əvvəlində “BP” rəhbərliyi əsas məqsədlərindən biri - 2030-cu ilə qədər neft və qaz hasilatını azaltmaqdan imtina etdiyini elan edib. Şirkət həmçinin aşağı karbonlu hidrogen enerjisinə investisiyaları azaldıb və ABŞ-də qurudakı külək aktivlərini satmağı planlaşdırdığını bildirib.

Ən sərfəli krediti almaq üçün müraciət et