İngilis neft şirkəti "British Petroleumun" (BP) idarə heyətinə yeni sədr seçilib. Bu vəzifəyə Helge Land gətirilib. O, yeni vəzifəsinin icrasına 2019-cu il yanvarın 1-də başlayacaq.
Qeyd edək ki, şirkətin hazırda idarə heyətinin sədri Karl Henrik Svanberqdir. Eyni zamanda Danimarkada "Novo Nordisk" şirkətinin də idarə heyətinin sədri olan Land sentyabrın 1-dən etibarən "BP"nin idarə heyətinin iclaslarına sədrliyə namizəd kimi qatılacaq.
Qeyd edək ki, 55 yaşı olan Helqe Land 2004-cü ildən 2014-cü ilə qədər "Statoil" şirkətində rəhbər və baş menecer vəzifələrində çalışdıqdan sonra 2015-2016-cı illərdə "BG Group"da baş menecer vəzifəsini icra edib.
Qaynarinfo.az