BP və tərəfdaşları bu günə qədər Azərbaycandakı sosial layihələrə 72 mln. dollar sərmayə yatırıb | Banco.az

BP və tərəfdaşları bu günə qədər Azərbaycandakı sosial layihələrə 72 mln. dollar sərmayə yatırıb

"BP və tərəfdaşları bu günə qədər Azərbaycandakı sosial layihələrə 72 mln. dollardan çox investisiya yatırıb". 

Bunu Layihələri İdarəetmə Məktəbinin yenidən açılış mərasimində çıxış edən "BP Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

B.Aslanbəylinin sözlərinə görə, təmsil etdiyi qurum bundan sonra da sosial layihələrin reallaşmasına diqqət göstərəcək: "Layihələrin İdarəetmə Məktəbinin 300-dən çox məzunu var. Gələn ildən etibarən məktəbdə milliləşdirilmə həyata keçiriləcək və müəllimlər də azərbaycanlı olacaq".

Mənbə: Report.az