Müəllif: Ayşən İmanova/Banco.az
Böyük Britaniyanın “BP” şirkəti “Tesla”nın ABŞ-da elektrikli avtomobillər üçün sürətli enerji doldurma stansiyalarını almaq barədə danışıqlar aparır.
Banco.az xəbər verir ki, Böyük Britaniyanın neft-qaz şirkəti “BP” 2030-cu ilə qədər özünün enerji doldurma infrastrukturunun inkişafına 1 milyard dollar sərmayə qoymaq niyyətindədir. O cümlədən şirkət yaxın 2-3 il ərzində ABŞ-da 3 mindən çox sürətli enerji doldurma stansiyası quraşdırmaq üçün 500 milyon dollar xərcləməyi planlaşdırır.
"Biz şəbəkəmizi genişləndirmək üçün aktivlər əldə etməyə sadiqik və diqqətimiz “Tesla”nın son açıqlamasından sonra daha da gücləndi", - deyə “BP”nin bəyanatında deyilir.
Qeyd edək ki, “BP” üçün ən maraqlı ərazilər ABŞ-ın şimal-şərqi, həmçinin qərb sahili və Böyük Göllər bölgəsidir.
Bizi sosial şəbəkələrdən izləyin!!