BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Çıraq” neft platformasının idarə olunması və dəstəklənməsi üzrə xidmətlərlə bağlı Şotlandiyanın “Elite Control System” şirkəti ilə müqavilənin müddətini uzadıb.
Bu barədə “Elite Control System” şirkətinə istinadən bildirilir.
Qeyd olunur ki, Şotlandiya şirkəti 20 ilə yaxındır “Çıraq” platformasının avtomatlaşdırılmış idarəetməsini həyata keçirir.
Yenilənmiş müqavilənin fəaliyyət müddəti və dəyəri barədə məlumat verilmir.
Mənbə: Trend.az