BP Avstriyada 260-dan çox yanacaqdoldurma məntəqəsini satır | Banco.az

BP Avstriyada 260-dan çox yanacaqdoldurma məntəqəsini satır

Müəllif - Fərid İslamov - Bamco.az

Böyük Britaniyanın BP Plc şirkəti, profilə aid olmayan aktivləri azaltmaq planı çərçivəsində Avstriyada 260-dan çox yanacaqdoldurma məntəqəsini, o cümlədən elektromobillər üçün doldurma stansiyalarını satmağı planlaşdırır.

Şirkət bu ilin üçüncü rübünün sonuna qədər alıcı tapmağı və satış müqaviləsini bağlamağı, ilin sonuna qədər isə əməliyyatı tamamlamayı planlaşdırır. Bu barədə BP-nin mətbuat məlumatında qeyd olunur. Müqavilə çərçivəsində şirkət, həmçinin Linz yanacaq terminalındakı payını da satır.

BP bu ilin fevral ayında biznes strategiyasını yenidən nəzərdən keçirdiyini açıqlamışdı. Şirkət, 2027-ci ilin sonuna qədər təxminən 20 milyard dollar dəyərində profilə aid olmayan aktivləri satmağı planlaşdırır.

BP-nin səhmləri cümə axşamı keçirilən ticarət zamanı 0,6% ucuzlaşıb. İl başından etibarən isə şirkətin bazar kapitalizasiyası 13,1% artaraq 70,7 milyard funt sterlinqə (91,5 milyard dollar) çatıb.