Böyük hazır geyim markası iflas həddinə çatıb | Banco.az

Böyük hazır geyim markası iflas həddinə çatıb

Dünyanın böyük hazır geyim markalarından "Forever 21" iflasın astanasındadır. Şirkətin dünyanın 40 ölkəsində 350 mağazası var.

ABŞ-ın məşhur şəbəkə geyim mağazalarından olan "Forever 21" məhkəməyə iflasdan qorunma müraciətini edib. Şirkətə batmaması üçün tədbirlər görməsinə müddət veriləcək. 

Şirkətin dünyanın 40 ölkəsində 350 mağazası var.

"New York Times"da yer alan xəbərə görə; Şirkətin ABŞ-da olan bəzi mağazalarının aktiv olmağa davam edəcəyi və şirkətin yeni sahibə keçməsi, həmçinin borclarının uzadılması üçün işlər görüləcək.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, ABŞ-da şirkətin 178 mağazası bağlanılacaq.

Şirkətin İcraçı direktoru Linda Chang elektron ticarətə məğlub olduqlarını etiraf edib və pərakəndə satışın çətin zamanlar keçirdiyini bildirib.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et