"Böyük Britaniyada tənəzzül gözləniləndən də dərin ola bilər" | Banco.az

"Böyük Britaniyada tənəzzül gözləniləndən də dərin ola bilər"

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniyanın gözlənilən tənəzzülü əvvəllər proqnozlaşdırılandan iki dəfə dərin ola bilər.

Banco.az xəbər verir ki, “EY” biznes konsaltinq şirkətinin aparıcı analitiklərinin fikrincə, Böyük Britaniyanın labüd tənəzzülü əvvəllər düşünüldüyündən iki dəfə pis ola bilər.

Azalan hökumət subsidiyaları, yüksək vergilər və ümumilikdə pisləşən iqtisadi perspektivlər firmanın analitiklərini növbəti üç ilin üç ay əvvəl proqnozlaşdırdıqlarından daha çətin keçəcəyi qənaətinə gətirib.

Qeyd edək ki, oktyabr ayında “EY” bu il ümumi daxili məhsulda (ÜDM) 0,3 faiz azalma, gələn il isə 2,4 faiz, 2025-ci ildə 2,3 faiz artım proqnozlaşdırmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bazar ertəsi dərc olunan yeninlənmiş proqnozda isə ümumi daxili məhsulun (ÜDM) bu il 0,7 faiz azalacağını, ardından növbəti iki il ərzində müvafiq olaraq 1,9 faiz və 2,2 faiz artım olacağını yazılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et