Böyük Britaniyada mənzillərin qiyməti ucuzlaşıb | Banco.az

Böyük Britaniyada mənzillərin qiyməti ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniyada mənzillərin satış qiyməti aşağı düşüb, kirayə haqları artıb.

Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin (ONS) açıqladığı ilkin məlumatlara görə, mənzil qiymətlərindəki azalma 0,6 faiz olaraq yenidən nəzərdən keçirilərkən, oktyabr ayında qiymətlərin 1,2 faiz azaldığı proqnozlaşdırılıb.

Bu azalma ilə krallıqda bir evin orta qiyməti oktyabr ayında 288 min funt-sterlinq olaraq hesablanıb ki, bu göstərici 12 ay əvvəlki səviyyədən 3000 funt-sterlinq aşağıdır.

İngiltərə və Uelsdə bir evin orta hesabla qiyməti oktyabrda müvafiq olaraq illik 1,4 və 3 faiz azalarkən, Şotlandiyada 0,2 faiz artıb.

Oktyabr ayı üçün məlumatların hələ açıqlanmadığı Şimali İrlandiyada isə mənzillərin qiyməti iyul-sentyabr dövrünü əhatə edən üç ayda 2,1 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, London 3,6 faiz ilə qiymətlərin ən çox ucuzlaşdığı şəhər olub.

Böyük Britaniyada mənzil kirayəsi isə noyabr ayında illik 6,2 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram