Böyük Britaniyada illik inflyasiya proqnozlardan yüksək olub | Banco.az

Böyük Britaniyada illik inflyasiya proqnozlardan yüksək olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) iyun ayına dair inflyasiya göstəricilərini açıqlayıb.

Banco.az xəbər verir ki, buna əsasən, illik inflyasiya iyun ayında 3,6 faiz səviyyəsində ölçülüb. Gözlənti inflyasiyanın iyunda 3,4 faiz olacağı istiqamətində idi.

Aylıq əsasda isə inflyasiya iyun ayında 0,3 faiz olub. Halbuki aylıq inflyasiyanın 0,1 faiz olması gözlənilirdi.

Enerji və ərzaq qiymətlərinin nəzərə alınmadığı baza inflyasiya illik əsasda 3,7 faiz səviyyəsində olub və bu göstərici 3,5 faiz olan bazar proqnozunu üstələyib.

İngiltərə Bankının (BoE) faiz qərarları baxımından diqqətlə izlədiyi xidmət sektoru üzrə inflyasiya da illik 4,7 faiz olub. Gözləntilər bu göstəricinin 4,5 faiz səviyyəsində olacağı istiqamətində idi.

İnflyasiyanın artımına ən böyük müsbət təsiri isə yanacaq qiymətlərinin yüksək qalması səbəbilə nəqliyyat sektoru göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram