Böyük Britaniyada avtomobil satışları artıb | Banco.az

Böyük Britaniyada avtomobil satışları artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada avtomobil satışları noyabrda 23,5 faiz artıb.

Banco.az xəbər verir ki, Britaniya Mühərrikli Vasitə İstehsalçıları Dərnəyinin (SMMT) yaydığı bəyanatda bu ilin noyabr ayında ölkədə rəsmi qeydiyyatdan keçmiş yeni avtomobillərin sayının 23,5 faiz artaraq 142 min 889-a yüksəldiyi bildirilib.

Bəyanatda Britaniyada sözügedən dövr ərzində benzinlə işləyən avtomobillərin sayının 15 faiz artaraq 57 min 90, hibrid avtomobillərin sayının isə 66,9 faiz artaraq 16 min 66 olduğu qeyd edilib.

Dizellə işləyən avtomobillərin sayı 5,6 faiz azalaraq 5 min 605 olub.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatları şərh edən SMMT-nin baş icraçı direktoru Mayk Hauz bildirib ki, Britaniya avtomobil sənayesi təchizat problemlərinə baxmayaraq, elektrik avtomobilləri ilə yenidən dirçəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et