Böyük Britaniyada atom elektrik stansiyalarına investisiya qoyulacaq | Banco.az

Böyük Britaniyada atom elektrik stansiyalarına investisiya qoyulacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərədəki 5 atom elektrik stansiyasının istismar müddətini uzatmaq üçün 1,5 milyard avro sərmayə yatırılacağı açıqlanıb.

Banco.az xəbər verir ki, fransız nüvə enerjisi şirkəti “EDF” İngiltərədə işlətdiyi 5 atom elektrik stansiyasının istismar müddətinin 2026-cı ilə qədər uzadılması üzrə işlər görəcək.

Bu çərçivədə “EDF” tərəfindən adları “Sizewell-B”, “Torness”, “Heysham 2”, “Heysham 1” və “Hartlepool” olaraq açıqlanan atom elektrik stansiyalarına 1,5 milyard avro sərmayə qoyulacaq.

Britaniya hökumətinin təsdiqindən sonra istismar müddətinin artırılması işlərinin həyata keçirilməsi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

İngiltərədə 30-40 il əvvəl elektrik enerjisi istehsal etməyə başlayan bu elektrik stansiyalarının baxım işlərinə ehtiyacı olduğu bildirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram