Böyük Britaniya və Yeni Zellandiya hökuməti ölkələrində "Facebook"un fəaliyyətinə niyə qarşıdır? | Banco.az

Böyük Britaniya və Yeni Zellandiya hökuməti ölkələrində "Facebook"un fəaliyyətinə niyə qarşıdır?

Böyük Britaniya "Facebook"u ölkə qanunlarını pozmaqda günahlandırır, Yeni Zellandiya isə şirkətə tətbiq edilən vergilərin dərəcəsini artırmaq niyyətindədir.

Adıçəkilən ölkələrin hökumətləri ölkələrində şirkətin fəaliyyətlərinə qarşı çıxır.

Belə ki, Yeni Zellandiyanın Baş naziri Casinda Arden cari vergi sisteminin ədalətsiz olduğunu, "Facebook"un Yeni Zellandiyada çox pul qazanarkən, dövlət büdcəsinə qeyri-mütənasib formada çox kiçik miqdarda ödədiyini söyləyib.

Bununla əlaqədar hökumət şirkətin Yeni Zellandiyada əldə etdiyi gəlirlərə 2-3% dərəcəsində vergi tətbiq olunmasını təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, Böyük Britaniyanın İcmalar Palatasının Rəqəmsal Texnologiyalar Komitəsinin "Saxta xəbərlər" adlı hesabatında "Facebook"un qəsdən və bilərəkdən məlumatların konfidensiallığının qorunması və ölkədə rəqabətdən qorunma haqqında qanunlarını pozduğu göstərilib.

Britaniyalı deputatlar "Six4Three" şirkətindən alınmış sənədlərdəki sübutlara əsasən, belə qənaətə gəliblər ki, "Facebook" şəxsi məlumatları bəzi tətbiq sahiblərinə ötürmək, bu məlumatlar qarşılığında bəzi tətbiqlərdən alınan reklam qiymətlərini daha da yüksəltmək məqsədi ilə istifadəçilərin məxfilik parametrlərinə nəzarəti ələ keçirməyə cəhd göstərib. 

report.az

Ən sərfəli krediti almaq üçün müraciət et