Böyük Britaniya Ukraynaya 142 milyon funt sterlinq ayıracaq | Banco.az

Böyük Britaniya Ukraynaya 142 milyon funt sterlinq ayıracaq

Müəllif - Fərid İslamov - Banco.az

Böyük Britaniya Xarici İşlər Nazirliyi Ukraynaya 142 milyon funt sterlinq ($193 milyon) maliyyə yardımı ayıracağını açıqlayıb.

Böyük Britaniya hökumətinin cümə günü yaydığı mətbuat açıqlamasına görə:

  • 100 milyon funt ($136 milyon) su təchizatı və isitmə sistemlərinin bərpasına sərf olunacaq

  • 42 milyon funt ($57 milyon) isə elektrik şəbəkələrinin təmirinə və enerji infrastrukturu mühafizəsinin yaradılmasına yönəldiləcək

Yardım, Xarici İşlər Naziri İvett Kuperin Kiyevə səfərindən əvvəl elan olunub.

Açıqlamada bildirilir ki, səfər zamanı Kuper Ukrayna Prezidenti Volodimir Zelenski, Baş nazir Yuliya Sviridenko və Xarici İşlər Naziri Andrey Sibiqa ilə görüşəcək. Görüşlərdə Ukrayna və Böyük Britaniya arasında strateji dialoq çərçivəsində ümumi prioritetlər müzakirə olunacaq.

Qeyd edək ki, səfər Kuper üçün Xarici İşlər Nazirliyinə təyinatından sonra ilk xarici səfər olacaq.