Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniya Rusiyanın "kölgə neft donanmasına" sanksiyalar tətbiq edib.
Banco.az xəbər verir ki, “Foreign, Commonwealth & Development Office” tərəfindən yayılan açıqlamaya əsasən, müharibənin dördüncü ildönümündə Böyük Britaniya “2Rivers” şəbəkəsinə daxil olan 175 şirkəti hədəfə alıb. Həmçinin dünyanın ən iri neft kəməri şirkətlərindən biri olan və Rusiyanın neft ixracının 80 faizdən çoxunu daşıdığı bildirilən PJSC Transneft şirkətinə qarşı da sanksiya tətbiq olunub.
Xarici işlər naziri İvett Kuper açıqlamasında bildirib: “Böyük Britaniya bu gün Rusiyanın təcavüzünü davam etdirməsinə xidmət edən əsas maliyyə mənbələrini, hərbi təchizat kanallarını və gəlir axınlarını pozmaq məqsədilə qətiyyətli addımlar atıb. Bu, işğalın ilk aylarından bəri qəbul etdiyimiz ən geniş tədbirlər paketidir.”
Əvvəllər “Coral” adı ilə tanınan ofşor şirkətlər şəbəkəsi Avropa İttifaqı və Böyük Britaniyanın 2024-cü ildən tətbiq etdiyi sanksiyalardan əvvəl sürətlə genişlənib.
Bizi sosial şəbəkələrdən izləyin!!
