Böyük Britaniya Kuba iqtisadiyyatına investisiya edir | Banco.az

Böyük Britaniya Kuba iqtisadiyyatına investisiya edir

Kuba və Böyük Britaniya ölkə iqtisadiyyatına 400 milyon dollar civarında sərmayəyə dair saziş imzalayıb, bu haqda “Kuba Təşəbbüsü” müştərək layihəsinin Britaniyanı təmsil edən prezidenti Con Hatton məlumat verib.

Razılaşmalar aprelin sonunda Havanada baş tutmuş biznes forumun nəticəsi olaraq əldə olunub. Söhbət Kubanın kənd təsərrüfatına, enerji layihələrinə və yeni qolf meydanının tikintisinə ediləcək yatırımlardan gedir.

Cuba debate portalının məlumatına əsasən,Hatton Kubada xarici investisiyalar ilə bağlı qəbul edilmiş qanunvericiliyi yüksək qiymətləndirib və britaniyalı biznesmenlərin Kubanın müxtəlif nazirləri və dövlət qurumlarının rəhbərləri ilə görüşlərinin faydasını və apardıqları dialoqun əhəmiyyətini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq  ki, 2014-cü ilin iyununda, ölkədə 20 ərzində qüvvədə olmuş normativi əvəz edən xarici investisiyalar ilə bağlı yeni qanun qüvvəyə minib. Hökumət investorların vergi yükünü azaldıb və müştərək müəssisələrdə mülkiyyət zəmanətini gücləndirib. Belə gözlənilir ki, Kubada investisiyalar üçün ən cəlb edici sektorlar kənd təsərrüfatı, topdan satış, turizm, sənaye, inşaat, energetika və dağ-mədən sənayesi, o cümlədən nəqliyyat xidmətləri olacaq.

Rəsmi rəqəmlərə görə Kuba iqtisadiyyatı ildə 2-2,5 milyard dollar həcmində bir-başa investisiyalara ehtiyac duyur.