Böyük Britaniya iqtisadiyyatı cüzi artım göstərib | Banco.az

Böyük Britaniya iqtisadiyyatı cüzi artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya iqtisadiyyatı yanvarda 0,2 faiz artım göstərib.

Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin açıqladığı məlumatlara görə, ölkə iqtisadiyyatı 2023-cü ilin dekabrında 0,1 faiz daraldıqdan sonra yanvar ayında 0,2 faiz artıb.

Britaniya iqtisadiyyatı 2023-cü ilin noyabr-2024-cü ilin yanvar aylarını əhatə edən üç aylıq dövrdə isə əvvəlki üç aylıq dövrlə müqayisədə 0,1 faiz daralıb.

Məlumatlar göstərir ki, yanvar ayında 0,2 faiz artaraq iqtisadi artıma ən çox töhfə verən sektor xidmət sektoru olub, ancaq 2023-cü ilin noyabr-2024-cü ilin yanvar aylarını əhatə edən üç aylıq dövrdə əvvəlki üç aylıq dövrlə müqayisədə böyüməyib.

Ən sərfəli kredit üçün müraciət et

Sənaye sektoru həm yanvar ayında, həm də 2023-cü ilin noyabr-2024-cü ilin yanvar aylarını əhatə edən üç aylıq dövrdə 0,2 faiz azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et