Borcdan süni şəkildə yayınmaq qeyri-mümkündür | Banco.az

Borcdan süni şəkildə yayınmaq qeyri-mümkündür

Rabitəbank ASC-nin Problemli Kreditlərlə İş Departamentinin direktoru Şakir Kərimov bu gün aktual məsələ olan problemli kreditlərlə bağlı öz fikirlərini bölüşüb.

Ş.Kərimov  bildirib ki, hər kəsə məlumdur ki, bu gün bankların bir çoxunda problemli kreditlərin həcmi getdikcə artmaqdadır. Banco.az portalı Trend-ə istinadən məlumat verir.

Ş.Kərimov bildirib ki, daşınmaz əmlak, qızıl və avtomobil girov qoyularaq kredit götürülən zaman təbii ki, kredit verilən vaxt üçün girovun dəyəri verilən kreditdən artıq olur: “Lakin sığorta olunan hallar istisna olmaqla digər hallarda girov predmetinin dəyərinin düşməsi nəticəsində götürülən kredit borcu girov predmetinin satılması ilə bağlanmazsa o zaman yerdə qalan borc kredit götürəndən tutulacaqdır. Təminatlı kreditlər üzrə bank tərəfindən borcun ödənilməsi üçün məhkəməyə müraciət edilən zaman qanuna uyğun olaraq məhkəmənin qəbul etdiyi qərardan şikayət vermək hüququnun olmasına görə bir çox müştərilər bunu yalnız vaxt uzatmaq məqsədi ilə edirlər. Bu kimi halların qarşısının alınması üçün artıq muvafiq tədbirlər görülmüşdür. Artıq məhkəmələr tərəfindən əsassız iddia verən tərəf cərimə olunur. Suni şəkildə borcun ödənilməsindən yayınmaq halları demək olar ki, artıq qeyri-mümkün olacaqdır”.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et