BOKT-ların kredit portfeli azalıb | Banco.az

BOKT-ların kredit portfeli azalıb

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) kredit ittifaqları ilə birlikdə ölkə iqtisadiyyatına kredit qoyuluşu bu il fevralın 1-nə 413,9 mln. manat təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, kredit qoyuluşu aylıq müqayisədə 1,5%, illik müqayisədə isə 8,9% azalıb. 

Hesabat tarixinə qeyri-bank maliyyə qurumlarının cəmi kredit qoyuluşunda xüsusi çəkisi 3,6% təşkil edib.