Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bank olmayan kredit təşkilatları (BOKT) haqqında” qanuna dəyişikliklər I oxunuşda qəbul edilib.
Müzakirələrdə çıxış edən Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son illər BOKT-lara nəzarətin zəiflədiyini bildirib.
“Qanuna ediləcək dəyişikliklər bu sahədə nəzarətin gücləndirilməsinə, lazımi tədbirlərin çevik və effektli tətbiq olunmasəna, sağlam korporativ idarəetməyə malik BOKT-ların formalaşmasına imkan verəcək. Qanun layihəsində BOKT-ların inzibatçıları və təsisçiləri üçün vətəndaş qüsursuzluğu, inzibatçıların üçün isə attestasiya tələbi müəyyənləşdirilib”, - deyə deoutal qeyd edib.
Daha sonra sənəd səsverməyə qoyularaq təsdiqlənib.
report.az