Böhran vəziyyətinə baxmayaraq, bu il hansı milyarderlərin sərvəti artıb? | Banco.az

Böhran vəziyyətinə baxmayaraq, bu il hansı milyarderlərin sərvəti artıb?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu il tanınmış milyarderlərdən əksəriyyətinin sərvətində gəlir itkisinin qeydə alınması dünyanın ən varlıları siyahısını alt-üst edib. Ancaq bəzi milyarderlər bu aqibəti yaşamayıblar. 

Banco.az 2022-ci ildə sərvəti ən çox artan milyarderləri təqdim edir.

Ken Qriffin: 7,7 milyard dollar

Amerikalı investisiya fondunun meneceri Ken Qriffinin sərvəti bu il 7,7 milyard dollar artaraq 29 milyard dollara çatıb.

Qriffin “Bloomberg Milyarderlər İndeksi”ndə 42-ci yerin sahibidir.

Culiya Fleşer Kox və Ailəsi: 8 milyard dollar

“Koch Industries”in şəriki və 2019-cu ildə dünyasını dəyişən David Koxun həyat yoldaşı Culiya Fleşer Kox və ailəsinin sərvəti bu il 8 milyard dollar artaraq 123,5 milyard dollara çatıb.

Culiya Fleşer Kox və ailəsi “Bloomberg Milyarderlər İndeksi”ndə 15-ci yerdədir.

Çarlz Kox: 8 milyard dollar

“Koch Industries”in şəriki, sədri və baş direktoru Çarlz Koxun sərvəti bu il 8 milyard dollar artaraq 69,2 milyard dollar olub.

O, “Bloomberg Milyarderlər İndeksi”nə görə dünyanın ən varlı 14-cü insanıdır.

Harold Hamm: 8,9 milyard dollar

Neft və qaz biznesində çalışan amerikalı sahibkar Harold Qlenn Hammın sərvəti bu il 8,9 milyard dollar artaraq 22,6 milyard dollara çatıb.

Hamm “Bloomberg Milyarderlər İndeksi”ndə 58-ci yerdədir.

Rodolf Saad və Ailəsi: 10,2 milyard dollar

“CMA CGM Group”un Direktorlar Şurasının sədri olan Livan əsilli fransız iş adamı Rodofl Saad və ailəsinin sərvəti bu il 10,2 milyard dollar artaraq 16,2 milyard dollara çatıb.

Onlar “Bloomberg Milyarderlər İndeksi”nin 92-ci pilləsində qərarlaşıblar.

Alen Verteymer: 10,3 milyard dollar

Ən sərfəli kredit üçün müraciət et

Qardaşı Gerardla birlikdə “Chanel”in sahibi olan Alen Verteymerin sərvəti bu il 10,3 milyard dollar artaraq 43,2 milyard dollar olub.

O, “Bloomberg Milyarderlər İndeksi”ndə 26-cı yerdədir.

Gerard Verteymer: 10,3 milyard dollar

Qardaşı Alenlə birlikdə “Chanel”in sahibi olan fransız milyarder bu il sərvətini 10,3 milyard dollar artıraraq 43,3 milyard dollara çatdırıb.

Gerard Verteymer “Bloomberg Milyarderlər İndeksi”ndə 25-ci yerdədir.

Zanq Yiminq: 10,4 milyard dollar

“TikTok”un ana şirkəti “Bytedance”in təsisçisi Zanq Yiminqin sərvəti bu il 10,4 milyard dollar artaraq 54,9 milyard dollara çatıb.

O, “Bloomberg Milyarderlər İndeksi”nin 22-ci pilləsində qərarlaşıb.

Ceff Yass: 29,4 milyard dollar

Filadelfiyada yerləşən “Susquehanna International Group”un həmtəsisçisi və idarəedici direktoru Ceff Yass bu il sərvətini 29,4 milyard dollar artıraraq 33,2 milyard dollara çatdırıb.

Yass “Bloomberg Milyarderlər İndeksi”ndə 33-cü yerdədir.

Qautam Adani: 49,8 milyard dollar

Hindistanda limanın inkişafı və əməliyyatları ilə məşğul olan Adani Qrupunun sədri və təsisçisi Qautam Adani sərvətini bu il 49,9 milyard dollar artıraraq 126,3 milyard dollara çatdırıb.

Adani “Bloomberg Milyarderlər İndeksi”nə görə 3-cü pillənin sahibidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et