Müəllif:Ayşən İmanova/Banco.az
“Boeing" aviasiya korporasiyasının əməkdaşlarının tətilini davam etdirməsi şirkətin ən azı 3 milyard dollar itkisinə səbəb ola bilər.
Banco.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məlumata görə, 2008-ci ildə baş vermiş və təxminən iki ay davam edən sonuncu irimiqyaslı tətil “Boeing”in illik gəlirinin 6,4 milyard dollar azalmasına səbəb olub. Bundan əlavə, nəşrin qeyd edir ki, davam edən tətil artıq təyyarə istehsalının əhəmiyyətli dərəcədə yavaşlamasına səbəb olub.
“Boeing”in baş maliyyə direktoru Brayan Uest bildirib ki, şirkət işə qəbulun dondurulması və vacib olmayan səyahətlərin dayandırılması da daxil olmaqla xərcləri azaltmaq üçün tədbirlər görməyi planlaşdırır.
Xatırladaq ki, sentyabrın 13-də “Boeing” fabriklərində çalışan 33 min işçi şirkətin dörd il ərzində onların əmək haqqlarının 25% artırılması təklifini rədd etməsi səbəbindən tətil başladıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!