Boeing avqustda müştərilərə 57 təyyarə çatdırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Boeing avqustda müştərilərə 57 təyyarə çatdırıb

Müəllif - Fərid İslamov - Banco.az

Amerikalı aerokosmik şirkət Boeing Co. avqust ayında müştərilərə 57 ticarət təyyarəsi çatdırıb ki, bu, 2018-ci ildən bəri avqust ayı üçün rekord göstəricidir.

Bu rəqəm iyul ayı ilə müqayisədə artıb – iyulda şirkət 43 təyyarə göndərmişdi.

Avqustda 42 ədəd 737 MAX müştərilərə təqdim olunub.

Boeing-in məlumatına görə, yanvar-avqust dövründə çatdırılmalar 385 təyyarəyə çatıb, bu da 2024-cü ilin göstəricisi olan 348 təyyarədən çoxdur.

2025-ci ildə şirkət 725 təyyarə sifarişi alıb, bunlardan 46-sı ləğv edilib. Avqust ayında isə 26 sifariş qeydə alınıb.

2025-ci ilin əvvəlinə nisbətən Boeing-in kapitalizasiyası 29,3% artıb.