BNA-dan sərnişin avtobuslarında gediş haqqının artırılması ilə bağlı AÇIQLAMA | Banco.az

BNA-dan sərnişin avtobuslarında gediş haqqının artırılması ilə bağlı AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyi (BNA) Tarif (Qiymət) Şurasının qərarı ilə ölkədə yanacağın qiymətinin artırılmasından sonra sərnişin avtobuslarında da gediş haqqının artırılması ehtimalına münasibət bildirib.

Bu barədə  Agentliyin mətbuat katibi Mais Ağayev bildirib.

“BNA paytaxtda müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib və bu məsələ hazırda gündəmdə deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib”, - deyə o, qeyd edib.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram