"BMW" elektrikli avtomobil satışlarını 80 faiz artırıb | Banco.az

"BMW" elektrikli avtomobil satışlarını 80 faiz artırıb

Müəllif: Mehin Qasımova/Banco.az

Alman lüks avtomobil istehsalçısı "BMW" üçüncü rüb üçün satış rəqəmlərini açıqlayıb.

Banco.az xəbər verir ki, "BMW" Group elektrikli avtomobil satışlarını ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 80 faiz artırıb.

Buna görə şirkətin avtomobil satışları iyul-sentyabr dövründə keçən ilin eyni dövrünə görə 5,8 faiz artaraq 622 minə çatıb.

Şirkətin ən böyük bazarı olan Çində avtomobil tədarüklərinin sözügedən dövrdə 2 faiz  azalaraq 210 minə düşməsi diqqət çəkib.

Alman istehsalçının eyni rübdə elektrikli vasitə satışları keçən ilin eyni dövrünə görə 80 faiz artaraq 93 min 931 ədədə çatıb.

Şirkət ötən il 10 faizə yaxın olan elektrik avtomobillərinin ümumi satışdakı payını bu il 15 faizə çatdırmağı hədəfləyib.

Ən sərfəli kredit üçün müraciət et

"BMW"nin yanvar-sentyabr dövründə satışları keçən ilin eyni dövrü ilə müqayisədə 5 faiz  artaraq 1 milyon 836 minə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et