BMW Çin avtomobillərinə rüsum tətbiq etdiyi üçün Aİ-ni məhkəməyə verir | Banco.az

BMW Çin avtomobillərinə rüsum tətbiq etdiyi üçün Aİ-ni məhkəməyə verir

Müəllif:Ayşən İmanova/Banco.az

Almaniyanın BMW avtomobil istehsalçısı, Çindən elektromobillərin idxalına rüsumların tətbiqi ilə əlaqədar, çinli avtomobil istehsalçılarının Aİ səlahiyyətlilərinə qarşı iddiasına qoşulub.

Banco.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Avropa İttifaqı subsidiyaya qarşı aparılan araşdırmadan sonra 2024-cü ilin oktyabr ayının sonunda Çin elektromobillərinə rüsum tətbiq edib. Çində elektrikli “Mini Cooper” və “Mini Aceman” istehsal edən BMW üçün bu göstərici 20,7% təşkil edir”, - nəşr qeyd edir.

Avropa İttifaqının Ədalət Məhkəməsi açıqlamasında BMW-nin Çin avtomobil şirkətlərinin Aİ rüsumlarına qarşı iddiasına qoşulduğunu bildirib. Alman avtomobil istehsalçısı Baş Məhkəməyə (Aİ məhkəməsinin aşağı palatası) şikayət edib. 

Agentlik qeyd edir ki, oxşar şikayətlər Çinin avtomobil istehsalçıları BYD, “Geely”, SAIC, eləcə də Çin Ticarət Palatasının Avtomobil Sənayesi Təşkilatı (CCCME) tərəfindən də edilib.