“BMW” ABŞ-də 720 mindən çox avtomobili geri çağırıb | Banco.az

“BMW” ABŞ-də 720 mindən çox avtomobili geri çağırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“BMW” ABŞ-də 720 mindən çox avtomobili geri çağırıb.

Banco.az xəbər verir ki, ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) yanğın riski səbəbindən 720 mindən çox “BMW” avtomobilinin sahibinə təmir işləri başa çatana qədər nəqliyyat vasitələrini açıq havada saxlamağı tövsiyə edib.

“BMW” cümə günü yaydığı açıqlamada mühərrik söndürüldükdən və avtomobil park edildikdən sonra da yanğın riski daşıyan 720 min 796 avtomobili geri çağırdığını bildirib. NHTSA-nın məlumatına görə, su nasosundakı nasazlıq səbəbindən 2024-cü ildə geri çağırılan bu avtomobillərin yenidən təmir olunması tələb olunur. Qurum avtomobil sahiblərinə nəqliyyat vasitələrini təmir edilənədək binalardan və digər avtomobillərdən uzaqda, açıq ərazidə saxlamaq barədə xəbərdarlıq edib.

“BMW” geri çağırılan avtomobillərin təmiri üçün həll yolu hazırlamağı davam etdirir. Şirkət 2024-cü ildəki geri çağırış çərçivəsində aparılan təmirdən sonra su nasosundakı nasazlıqla əlaqəli ola biləcək 10 yanğın hadisəsindən xəbərdar olduğunu açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram