"BMW" 720 mindən çox avtomobilini geri çağırır | Banco.az

"BMW" 720 mindən çox avtomobilini geri çağırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Alman avtomobil istehsalçısı "BMW"nin qısaqapanma səbəbilə ABŞ-da 720 min 796 avtomobili geri çağırdığı bildirilib.

Banco.az xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) bəyanatında deyilir.

Bəyanata görə, "BMW" 2012-2018 model avtomobilləri geri çağırır. 

Bəyanatda bu avtomobillərdə su nasosunda düzgün bağlanmayan elektrik birləşmə hissəsinin suya məruz qalaraq qısaqapanmaya səbəb ola biləcəyi və qısaqapanmanın yanğın riskini artırdığı bildirilib. Qeyd edilib ki, dilerlər tərəfindən su nasosu və tıxac birləşdiricisi pulsuz yoxlanılacaq, zəruri hallarda dəyişdiriləcək, qoruyucu sipər quraşdırılacaq.

Açıqlamada vurğulanıb ki, oktyabrın 4-dən geri çağırışdan təsirlənən avtomobil sahiblərinə bildiriş göndərilməsi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bu ayın əvvəlində "BMW" həddindən artıq istiləşməyə və ya nadir hallarda yanğına səbəb ola biləcək mühərrik nasazlığına görə, Birləşmiş Ştatlarda 100 mindən çox, ötən həftə Çində isə 1,3 milyondan çox avtomobili geri çağırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et