Müəllif - Aida İsaq, Banco.az
2023-cü il Ukrayna üçün durğun il olacaq.
Banco.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı "Dünya İqtisadi Vəziyyəti və Perspektivləri" adlı hesabatında bildirilir. Hesabata görə, münaqişə Ukrayna iqtisadiyyatının 2022-ci ildə 29,1% kiçilməsinə səbəb olub. Buna görə də, cari ildə yüksək dinamika gözlənilmir. Həmçinin xarici ölkələrdən edilən maddi yardımlar, BVF, Aİ və ABŞ-ın ayırdığı kreditlərin də ölkə iqtisadiyyatındakı durğunluğa mane ola bilməyəcəyi bildirilir.
Məlumata görə, Ukrayna iqtisadiyyatı sənaye potensialının və enerji infrastrukturunun əhəmiyyətli hissəsini itirib.
Bununla yanaşı qeyd olunur ki, ölkənin uzunmüddətli perspektivi münaqişənin müddəti və intensivliyindən, həmçinin bu günə kimi 411 milyard dollara başa gələcək yenidənqurma işlərinin maliyyələşdirilməsi imkanlarından asılı olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!