Müəllif: Tamara Mustafayeva, Banco.az
BMT Taxıl Sazişinin genişləndirilməsi üçün çağırış edib.
Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində əməliyyatların sürətləndirilməsinə və bu “həyati vacib” təşəbbüsün genişləndirilməsinə çağırıb.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsünün müavini Fərhan Haq yazılı açıqlama verib.
Açıqlamada qeyd olunub ki, ötən ay ərzaq ixracı 2022-ci ilin oktyabrındakı 4,2 milyon tondan 1,3 milyon tona düşüb ki, bu da təşəbbüsün başlanmasından bəri ən aşağı səviyyədir.
Açıqlamada həmçinin BMT-nin taxıl təşəbbüsü və Rusiya ilə BMT arasında imzalanmış anlaşma memorandumuna tamamilə sadiq olduğu vurğulanıb və xüsusilə Ukrayna və Rusiyada biçin vaxtının başladığı bu dövrdə təşəbbüsün mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!