BMT süni intellektin tənzimlənməsinə dair ilk qətnaməni qəbul edib | Banco.az

BMT süni intellektin tənzimlənməsinə dair ilk qətnaməni qəbul edib

Müəllif:Mehin Qasımova/Banco.az

BMT Baş Assambleyası (GA) süni intellekt (AI) sənayesini tənzimləmək və təhlükəsizliyini təmin etmək məqsədi daşıyan qətnamənin qəbul edilməsinə yekdilliklə səs verib.

Banco.az xəbər verir ki, BMT-nin 193 dövlətinin hamısı sənədin qəbulunu dəstəkləyib.

Həmin ölkələr arasında  Braziliya, Böyük Britaniya, Almaniya, İsrail, İspaniya, Çin, BƏƏ, Türkiyə, Özbəkistan, Slovakiya, Sloveniya, Estoniya da var.

Sənəd bu texnologiyanın bütün yaradıcılarını məsuliyyətlə yeni imkanlar inkişaf etdirməyə və işə salmağa, süni intellekt sistemlərində qərəz və ayrı-seçkiliyi aradan qaldırmağa çağırır.

Ən sərfəli kredit üçün müraciət et

Qətnamə 13 bənddən ibarətdir. Bunlardan birincisi, ölkələr arasında və ölkə daxilində süni intellekt və digər rəqəmsal texnologiyalar sahəsində uçurumu aradan qaldırmağa çağırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et