BMT 2100-cü ilə qədər Çin əhalisinin iki dəfə azalacağını proqnozlaşdırıb | Banco.az

BMT 2100-cü ilə qədər Çin əhalisinin iki dəfə azalacağını proqnozlaşdırıb

Müəllif:Ayşən İmanova/Banco.az

BMT-nin proqnozlarına görə tək uşaq siyasəti sayəsində 2100-cü ilə qədər Çinin əhalisi 1,4 milyarddan 639 milyona düşəcək.

Banco.az xəbər verir ki, bu barədə Wall Street Journal məlumat yayıb.

“İqtisadçılar bunu demoqrafik dividend adlandırırlar - ölkədə əmək qabiliyyətli yaşda olan insanlar işsiz körpə və qocalardan daha çoxdur. Belə ölkələr zənginləşdikcə insanlar təbii olaraq daha az uşaq sahibi olmağa qərar verirlər və əhali qocalmağa başlayır”, - nəşr bildirib.

Tədqiqatçılar qeyd edirlər ki, əhalinin sayının kəskin azalması 2040-cı ilə qədər başlayacaq.

Qeyd edək ki, tək uşaq siyasəti Çində 1980-ci ildə iqtisadi artımı stimullaşdırmaq üçün tətbiq edilib. Hazırda ölkə iqtisadiyyatı nominal ÜDM-in həcminə görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et