Biznes kreditlərin 2,3 mlrd. manatı mikro sahibkarlara verilib | Banco.az

Biznes kreditlərin 2,3 mlrd. manatı mikro sahibkarlara verilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi bu il sentyabr ayının 1-i tarixinə 11 milyard 821 milyon manat təşkil edib. 

Banco.az Azərbaycan Mərkəzi Bankının aylıq hesabatına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 1,7% çoxdur.

Hesabata görə, cəmi biznes kreditləri portfelinin 513 mln. manatı və ya 4.3%-i qeyri-işlək kreditlər olub.

Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 5 mlrd. 311 mln. manatı iri sahibkarlığa, 2 mlrd. 492 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 721 mln. manatı kiçik sahibkarlığa, 2 mlrd. 296 mln. manatı isə mikro sahibkarlığa verilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et