Biznes dünyasında son üç ayda nə baş verdi? | Banco.az

Biznes dünyasında son üç ayda nə baş verdi?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Cari ilin ötən son üç ayı biznes dünyasında mühüm hadisələrlə yadda qaldı.

Banco.az- xəbər verir ki, bu barədə “Fil Agency”nin təsisçisi Rafiq Hunaltay geniş məlumat verib.

Həmin xronologiyanı təqdim edirik:

Fransada məmurlara WhatsApp və telegramdan istifadə qadağan edilib.

Appstore və Playstore-dan bəzi vacib rus şirkətlərinə məxsus tətbiqlər silinib.

Rusiya Çinə OSKAR kino mükafatına alternativ olaraq avrasiyanı əhatə edən yeni kino mükafat təsis etməyi təklif edib.

Tiktok (ByteDance) bütün növ oyun proqramlarını dayandırıb. Əlində olan oyunları isə başqa platformalara satmaq niyyətindədir. Bununla onlar əsas işlərindən fokuslarını yayındırmamaq qərarına gəliblər. Eyni zamanda istifadəçilərə 15 dəqiqəyədək video yükləmə imkanı verilməsini də planlaşdırırlar.

Ən sərfəli kredit üçün müraciət et

Çin avtomobil brendi BYD Avropada ilk zavodunu Macarıstanda açacaq.

Rusiya enerji içkilərinin reklamını qadağan etməyə hazırlaşır.

Türk restoranlar şəbəkəsi Gagawa 2023-2024-cü illərdə Rusiya ərazisində 300-ə dək restoran açmağı planlaşdırır.

Nokia daha 14000 işçini zəif nəticələr səbəbindən işdən azad etməyi planlaşdırır.

Amazon həftədə 3 dəfədən az ofisə gələn işçilərini işdən azad etməyi planlaşdırır. Eyni zamanda artıq Amazon-dan avtomobil də almaq mümkün olacaq. İlk avtomobil markası isə Hyundai olacaq.

Apple VisionPro ağıllı eynəyini 2024 martında bazara çıxarmağı planlaşdırır

META şirkətinin son 3 aydakı gəliri 11,6 milyard dollar olub.

Türkiyədə mövcud inflyasiyaya baxmayaraq ayda ortalama 10 min şirkət qurulur, 2 min şirkət fəaliyyətini rəsmi dayandırır.

Ən sərfəli krediti almaq üçün müraciət et