“BitPay” Bitcoin Cash ödənişlərini qəbul etməyə başladı | Banco.az

“BitPay” Bitcoin Cash ödənişlərini qəbul etməyə başladı

Son illərdə gördüyümüz kimi, daha çox şirkətin və pərakəndə ticarətlə məşğul olanların ödəniş metodları kimi kriptovalyutalardan istifadə etdiyini söyləyə bilərik. “BitPay” kimi ödəmə sistemləri “WooCommerce”, “PrestaShop” və digər platformalara inteqrasiya olunaraq bunu daha da asanlaşdırmağa çalışır. Bu, daha bir yenilənmə sayəsində Bitcoin Cash ilə ödəniş etməyə imkan verir.

“Bitpay” Bitcoin Cash dəstəyi təklif edir

Elektron ticarəti asanlaşdıran əlavələrin yeni xüsusiyyətlərə malik olduğunu görmək bizim üçün hər zaman maraqlıdır. “BitPay” populyar onlayn alış-veriş saytları olan “WooCommerce”, “WHMCS” və “PrestaShop”-a yeniliklər təklif edir. Həmin yeniliklər indiyədək istifadəçilərin yalnız Bitcoin ilə ödənişlərini təmin edirdi. Bu maraqlı üsul təkcə yeni bir ödəniş sisteminin tətbiq olunması deyil, bütün kriptovalyuta vahidlərinin xeyrinə olacaq yenilik kimi dəyərləndirilir.

“Bitpay” yeniliyini istifadə edən istifadəçilərin Bitcoin Cash ödəniş metodlarından istifadə edib-etməyəcəyi ayrı müzakirə mövzusudur. Çünki istifadəçilərin bu xüsusiyyəti aktivləşdirməsi lazım olacaq və bunu edəcəklərinin dəqiq bir zəmanəti olmayacaq. Xüsusilə, istifadəçilərinin əksəriyyətinin Bitcoin ödəmə üsuluna uyğunlaşdığı düşünülsə, istifadəçilərin yeni və bilinməyən bir alternativi sınamaq üçün nə qədər istəkli olacaqları şübhəlidir. Amma bu proses kriptovalyuta vahidləriylə ödəniş metodlarına gəldikdə, insanların əlavə seçim təklif etməsinə zərər vermir.

Əslinə baxsanız, “Bitpay” kimi əhəmiyyətli kriptovalyuta ödəmə sisteminin həm Bitcoin, həm də Bitcoin Cash-ə yönəldiyini görmək maraqlıdır, çünki keçmişə baxdığımızda “BitPay” səviyyəsindəki bir sistemin bir altcoini mənimsəməsi düşünülməzdi. Eyni zamanda, Bitcoin Cash Bitcoin-in inkişafına digər bütün kriptovalyuta vahidlərindən daha çox təsir göstərib. Hər nə qədər Bitcoin və Bitcoin Cash-in əslində eyni medalyonun 2 fərqli üzü olduqları müzakirə edilsə də, bunun doğru olub-olmadığı mövzusundakı qərar hər zaman həssaslığını qoruyacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bir neçə həftə əvvəl “Bitpay”-dən verilən açıqlamada bir çok blockchain vasitəsilə ödənişləri etməyə icazə vermək istədiklərini bildirilmişdi. Həmin vaxt bunun Bitcoin Cash-a yönəlmiş bir açıqlama olduğu məlum idi. Bunun digər kriptovalyuta vahidləri üçün necə nəticələnəcəyi məlum deyil. Əslində, kriptovalyuta heç də təkcə Bitcoin anlamına gəlmir, çünki bazarda pul vahidi ola biləcək potensiala sahib çoxlu sayda coin mövcuddur. Bitcoin hazırda n planda olmasa da, kriptovalyuta bazarından öyrəndiyimiz bir şey varsa, o da dəyişikliyin hər zaman mümkün olmasıdır.

Elektron ticarət sektorunun kriptovalyutalar üçün nə təklif edəcəyini hamımız birlikdə görəcəyik. Hər nə qədər Bitcoin scaling texnologiyası yerini aldıqda daha yaxşılaşacağı görünsə də, hazırda Bitcoin-in özünü birbaşa ödəmə olaraq qəbul etmək üstünlük vəd etmir. Bu gün yalnız “Bitpay” kimi şirkətlər seçimlərini açıq saxlamaq məqsədilə altcoin deyə adlandırılan ödəniş metodlarını qiymətləndirirlər. Bitcoin Cash-ə təklif edilən bu dəstək doğru istiqamətdə atıolan addım kimi görünür.

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et