Bitkoinin qiyməti tarixi rekord həddə çatıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bitkoinin qiyməti tarixi rekord həddə çatıb

Bitkoinin qiyməti bu gün səhər saatlarında 1 215,80 ABŞ dollarına yüksələrək tarixi rekord həddə çatıb. 

Buna treyderlərin nikbin gözləntiləri səbəb olub. 

Xatırladaq ki, bitkoinin qiymətinin bundan əvvəlki rekord səviyyəsi 2013-cü il dekabrın ilk həftəsində (1 200 dollar) qeydə alınıb. Mart ayının 11-də ABŞ-ın Qiymətli kağızlar və birjalar üzrə Komissiyası (SEC) dünyada ilk dəfə bitkoin indeksinə əsaslanan qiymətli kağızların tədavülünə razılıq verə bilər.

Bildirək ki, 25 aprel 2010-cu ildə ilk rəsmi bitkoin satışı həyata keçirilib - 1 000 bitkoin 0,3 sentə dəyişdirilib. Yalnız 2011-ci ilin fevralında bitkoin dollarla paritetə çatıb və artıq 2011-ci il iyunun 9-da məzənnə 29,57 dollar/bitkoina yüksəlib. Daha sonra 2 dollara qədər ensə də, 2013-cü ilin aprelində 266 dollara qədər bahalaşan bitkoin sonra yenidən 50 dollara qədər ucuzlaşıb. Həmin ilin dekarında isə bitkoinin məzənnəsi 1 200 dollara kimi yüksəlib və 2015-ci ilin yanvarında yenidən 200 dollara enib.

Mənbə: Report.az