Bitkoinin qiyməti cüzi bahalaşdı | Banco.az

Bitkoinin qiyməti cüzi bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Ötən həftə baş verən sürətli dəyər itkisindən sonra bu həftə qismən bahalaşan bitkoin həftənin sonuncu iş gününə 2021-ci ilin ortalama göstəricisinə yaxın başlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin ötən 24 saat ərzində 0,75% dəyər qazanmaqla hazırda 48 min 183 dollara ticarət edilir.

İkinci ən dəyərli kriptovalyuta olan ethereum isə ötən sutka ərzində 0,58% dəyər itkisi ilə 4 min 114 dollara enib.

Qeyd edək ki, 2021-ci ilə 28 min dollar səviyyələrində başlayan bitkoin noyabr ayında 69 min dollara qədər bahalaşmaqla tarixi rekorda imza atmış, daha sonra mərhələli olaraq ucuzlaşmağa başlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et