Bitkoinin qiyməti bu tarixdən yüksələ bilər | Banco.az

Bitkoinin qiyməti bu tarixdən yüksələ bilər

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

İyunun 30-a qədər kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin ümumi bazar kapitalizasiyası 2.3 trilyon dollar olub. Həmin tarixdə Bitcoin-in qiyməti 61.503 dollar, bazar kapitalizasiyası 1.2 milyard dollarla ümumi bazar kapitalizasiyasının 54%-ni təşkil edib.

Bazardakı son vəziyyəti qiymətləndirən kriptovalyuta üzrə ekspert Elnur Quliyev Banco.az-a bildirib ki, hazırda yaşanan durğunluq mövsümlə bağlıdır:

“Ümumiyyətlə kriptovalyuta sahəsində yay aylarında durğunluq olması tam normaldır, çünki tarixi baxımından həmişə  belə olub. Bildiyiniz kimi, yanvar ayından qiymətlər qalxmağa başladı, nəticədə “Big boom” yaşandı. Bu bazarda olan bütün alıcılar müəyyən satışlar etdilər. Hazırda 62 minin üzərində qiymət müşahidə edilir. Düşünürəm ki, bazarda bir müddət durğunluq müşahidə ediləcək.Buna səbəb FED-in uçot dərəcəsi ilə bağlı yeni siyasətidir”.

Elnur Quliyev qeyd edib ki, cari ilin oktyabr-noyabr ayına kimi davam etməsi gözlənilən durğunluqdan sopnra  kriptovalyuta bazarında yenidən qiymətlərin yüksəlməsi gözlənilir:

Ən sərfəli kredit üçün müraciət et

 “Adətən investorlar üçün alış heç vaxt “boom” sayılmır. Bu imkan onlar üçün qiymət düşəndə yaranır.  Düzdür, dibi müəyyən etmək çox çətin məsələ olsa da, birinci fundamental faktor FED-in uçot faiz dərəcəsini aşağı salması ilə yarana bilər. Bu zaman birbaşa olaraq bazara böyük axın təmin olunacaq. Bazara dollar axını təmin olunandan sonra artıq risk iştahası da artacaq. Bu da risk aktivlərin qiymətinin qalxmasına təsir edəcək”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et