Bitkoinin qiyməti avqustdan bəri ən yüksək səviyyəyə çatıb | Banco.az

Bitkoinin qiyməti avqustdan bəri ən yüksək səviyyəyə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bitkoin 24 mini keçərək avqust ayından bu yana qeydə alınan ən yüksək həddə çatıb.

Banco.az xəbər verir ki, 25 baza bəndi faiz artımından sonra sədrCerom Pauelin qiymətləndirmələri FED-in gələcəkdə daha mülayim monetar siyasət izləyəcəyinə dair nikbinliyi və risk iştahını artırıb.

Bununla da, dünyanın ən dəyərli kriptovalyutası olan bitkoin ötən ilin avqustundan sonra ilk dəfə 24 min səviyyəsini üstələyib.

Daha sonra bir qədər ucuzlaşan bitkoin hazırda 23 min 766 dollara satılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et