Bitkoinin qiyməti 5 ayın pik həddinə çatıb | Banco.az

Bitkoinin qiyməti 5 ayın pik həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bitkoin yeni həftəyə gündəlik 2 faizdən çox dəyər qazanaraq başlayıb.

Banco.az xəbər verir ki, FED-in çərşənbə günü elan olunacaq faiz qərarından əvvəl kriptovalyuta birjalarında yeni həftə yuxarı istiqamətli dinamika ilə başlayıb.

Ötən həftə 23 min dollar səviyyəsini üstələyən bitkoin dünən axşam saatların 23 min 919 dollara çatmaqla 5 ayın pik həddinə yüksəlib. Dünyanın ən böyük kriptovalyutası səhər saatlarında yenidən bir qədər ucuzlaşsa da, gündəlik artımı 2,2 faiz hesablanıb.

İkinci dəyərli kriptovalyuta növü olan ethereum da 1,5 faiz bahalaşaraq 1640 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram