Bitkoinin məzənnəsi 3 illik maksimuma çatıb | Banco.az

Bitkoinin məzənnəsi 3 illik maksimuma çatıb

Ən populyar kriptovalyuta - bitkoinin məzənnəsi təxminən 3 illik maksimuma çatıb. Asiya ticarət birjalarında bitkoin 2014-cü il fevralın 6-dan etibarən indiyədək maksimal səviyyə - 788,49 dollara yüksəlib.

Dünya mətbuatına istinadən verilən xəbərə görə, bitkoinlərlə mübadilədə dünya lideri olan Çin birjasında virtual valyutanın qiyməti 789,23 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilir ki, yuanın ucuzlaşması investorları anternativ əmanət məhsulu kimi bitkoini seçməyə həvəsləndirir.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et