Müəllif: Tamara Mustafayeva, Banco.az
Bitkoinin kriptovalyuta bazarındakı bazar payı təxminən 20 ay ərzində qeydə alınan pik həddə çatıb.
Banco.az xəbər verir ki, “CoinGecko”nun məlumatlarına görə, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin 10 mindən çox kriptovalyuta ilə təmsil olunan bazarda 45,8 faizlik paya sahib olub. Bu, 2021-ci ilin oktyabrından bəri müşahidə olunan ən yüksək dərəcədir.
Dünən 25 min dollar səviyyələrində ticarət olunan bitkoin hazırda 25 min 474 dollara satılır.
Xatırladaq ki, bitoin ötən ilki kriptovalyuta böhranından sonra qismən bərpa olunsa da, ABŞ-ın məhdudlaşdırıcı qaydaları və azalan likvidlik səbəbindən onun 2023-cü ildəki artımı 51 faizə düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!