Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da iki maliyyə qurumunun yaşadığı problemlər “Wall Street” və kriptovalyuta birjalarında narahatlıq yaradıb.
Banco.az xəbər verir ki, kriptovalyuta bazarlarına diqqət yetirən “Silvergate Capital” çərşənbə günü fəaliyyətini dayandırmağı və bankını ləğv etməyi planlaşdırdığını açıqlayıb. Şirkət həmçinin bildirib ki, saxladıqları bütün əmanətləri tam şəkildə qaytarmağı planlaşdırırlar.
Daha sonra Silikon Vadisi Bankının (SVB) gələcək hədəflərini aşağı salması, 2,3 milyard dollarlıq kapital artımı və istiqraz portfelində 1,8 milyard dollarlıq böyük itki elan etməsi ABŞ bank səhmlərində şok təsiri yaradıb.
Bu yeniliklər fonunda ən dəyərli kriptovalyuta hesab edilən bitkoin 1,65 faiz ucuzlaşmaqla 20 min dollardan aşağı düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!