Bitkoin yenidən 17 ayın maksimumuna qədər bahalaşıb | Banco.az

Bitkoin yenidən 17 ayın maksimumuna qədər bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bitkoin yenidən 17 ayın ən yüksək həddinə çatıb.

Banco.az xəbər verir ki, Fed-in faiz artımına son qoyacağı və Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) spot bitkoin birja fondlarının fəaliyyətini təsdiq edəcəyi ümidi ilə bitkoin yenidən 17 ayın ən yüksək səviyyəsinə qalxıb.

Belə ki, ən dəyərli kriptovalyuta sayılan bitkoin ötən 24 saat ərzində 4 faiz bahalaşaraq cümə axşamı Sinqapurda saat 10:53-də 35 min 840 dollara satılıb.

Xatırladaq ki, SEC-in birbaşa bitkoinə sərmayə qoyacaq ilk ETF-ləri işə salmaq üçün “BlackRock Inc” kimi şirkətlərin müraciətlərini təsdiqləyəcəyinə dair gözləntilər fonunda bu kriptovalyuta növü il ərzində 2 dəfədən çox bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et