Bitkoin ticarətində üstünlük kimlərə məxsusdur? | Banco.az

Bitkoin ticarətində üstünlük kimlərə məxsusdur?

Tamara Mustafayeva, Banco.az

Bitkoinin üçdə biri 10 min investorun əlindədir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, bitkoin ticarətində ən yüksək mövqeyə sahib 10 min fərdi sahibkar tədavüldəki bu kriptovalyuta növünün təqribən üçdə birinə nəzarət edir. 

Bitkoinin sürətlə populyarlaşması dünyanın hər yerindən investorları bu biznes növünə sərmayə yatırmağa təşviq edir. Bununla belə, bazar dəyəri baxımından ən dəyərli kriptovalyuta hesab edilən bitkoinin ən böyük sahiblərinin kimlər olduğu hələ də sual altındadır.

Milli İqtisadi Tədqiqatlar Bürosu (NBER) tərəfindən həyata keçirilən bir araşdırmaya görə, dünya üzrə 10 min fərdi sahibkar bitkoin ticarətində üstünlüyü ələ alıb. Bu investorların ötən ilin sonunda təqribən 8,5 milyon bitkoinə sahib olduğu qeyd edilir. Araşdırmada həmçinin vurğulanıb ki, siyahının ilk min fərdi sahibkarı isə təqribən 3 milyon bitkoinə sahibdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram