Bitkoin sürətlə ucuzlaşdı | Banco.az

Bitkoin sürətlə ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Dünən 68 min 742 dollara qədər bahalaşmaqla tarixi rekorda imza atan bitkoin yeni günə kəskin ucuzlaşma ilə başlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin ötən 24 saat ərzində 3% dəyər itirməklə 64 min 940 dollara geriləyib. Daha sonra bir qədər bahalaşmaqla hazırda 65 min 235 dollara ticarət edilir.

İkinci ən dəyərli kriptovalyuta olan ethereum da eynilə dünən rekord göstərici ilə 4 min 859 dollara yüksəldikdən sonra səhər saatlarında 4 min 673 dollara enib.

Qeyd edək ki, bitkoinin bu ucuzlaşmasında tarixi rekorddan sonra reallaşan mənfəət satışları mühüm rol oynayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et