Bitkoin sürətlə bahalaşaraq tarixi rekorda yaxınlaşdı | Banco.az

Bitkoin sürətlə bahalaşaraq tarixi rekorda yaxınlaşdı

Tamara Mustafayeva, Banco.az

Dünən ilk bitkoin birja ticarət fondunun (ETF) fəaliyyətə başlamasından sonra sürətlə bahalaşan bitkoin tarixi maksimumuna yaxınlaşıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin gecə saatlarında 64 min 400 dollara qədər bahalaşıb. Yeni günə cüzi geriləmə ilə başlayan bitkoin hazırda 64 min 12 dollara icra edilir. Xatırladaq ki, bu kriptovalyuta növü ilin aprel ayında 64 min 863 dollara qədər bahalaşaraq tarixi rekorda imza atmışdı.

İkinci ən dəyərli kriptovalyuta hesab edilən ethereum isə səhər saatlarında bir qədər geriləyərək 3 min 650 dollara enib. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən sutka ərzində bazar dəyəri baxımından ilk 100-ə daxil olan kriptovalyutaların 55-ində dəyər itkisi müşahidə edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et