Bitkoin rekord səviyyədən bir qədər ucuzlaşdı | Banco.az

Bitkoin rekord səviyyədən bir qədər ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Bir gün əvvəl sürətlə bahalaşaraq 55 min dollar həddini keçən bitkoin yenidən ucuzlaşmağa başlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ən dəyərli kriptovalyuta hesab edilən bitkoin səhər saatlarında ötən 25 saat ərzində 2,4% dəyər itirərək 54 min 186 dollara enib. Bu ucuzlaşmada sürətli bahalaşmanın səbəb olduğu qazanc satışları mühüm rol oynayıb.

Bununla yanaşı, ikinci ən dəyərli kriptovalyuta hesab edilən ethereum isə gündəlik əsasda 0,5% dəyər qazanmaqla 3 min 500 dollara qalxıb. 

Qeyd edək ki, ötən sutka ərzində bazar dəyəri baxımından ilk 100-ə daxil olan kriptovalyutaların 61-ində dəyər itkisi müşahidə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram