Bitkoin kritik səviyyəni keçərək bahalaşdı | Banco.az

Bitkoin kritik səviyyəni keçərək bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Bitkoin səhər saatlarında kritik səviyyəni keçib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, bazar ertəsi günü "Amazon"un kriptovalyuta ilə ödəniş qəbul edəcəyi iddiası ilə 40 min dollardan bahalaşan Bitkoin firmanın bu iddianı təkzib etməsindən sonra dünən yenidən ucuzlaşmaqla 37 min dollardan geriləmişdi.

Ən dəyərli kriptovalyuta hesab edilən Bitkoin səhər saatlarında yenidən 40 min dollar səviyyəsini keçməyə müvəffəq olub. Bu valyutanın ötən 24 saat ərzindəki yüksəlişi 8%-ə çatıb.

Qeyd edək ki, Ethereum da 5%-lik artımla 2 min 300 dollara yüksəlib. Ümumilikdə isə ötən 24 saat ərzində bazar dəyəri baxımından ilk 100-ə daxil olan kriptovalyutaların 97%-i dollar əsasında bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et