Müəllif: Tamara Mustafayeva, Banco.az
Bitkoin 30 min dollarlıq kritik səviyyəni keçə bilməyib.
Banco.az xəbər verir ki, bazar dəyəri baxımından aparıcı kriptovalyuta sayılan bitkoin dünən axşam saatlarında 29 min 990 dollardan bahalaşsa da, satış əməliyyatlarının intensivləşməsi səbəbindən 2 saat ərzində 27 min 600 dollara qədər ucuzlaşıb.
Ancaq Bakı vaxtı ilə 00:30-da reaksiya alışları ilə yenidən bahalaşmağa başlayan bitkoin səhər saatlarında yenidən 29 min dolları üstələyib.
Beləliklə, bitcoin böyük volatillik yaşadığı ötən 24 saat ərzində 2 faiz dəyər qazanmış olub.
Analitiklər 30 min dolların bu gün və sabah kritik səviyyə kimi izlənəcəyini və bu səviyyənin daimi qırılmasının 32 min 450 dolları gündəmə gətirə biləcəyini bildiriblər.
Bizi sosial şəbəkələrdən izləyin!!